Interposta.Info

“Space”də əlbəyaxa dava:

Müxtəlif
 27-07-2017, 15:59     9 813

Bu gün “Space TV"də də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.

interposta.info
Bizimyol.info-a istinadən xəbər verir ki, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.
“Space”də əlbəyaxa dava:


Günel Mövsümova

Məsələ ilə bağlı bizimyol.info telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı ilə əlaqə saxlayıb. Baş verən olayla bağlı ətraflı danışmaq istəməyən xanım aparıcı məlumatı təsdiq edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26