Interposta.Info

ATV-də efir zamanı əlbəyaxa dava -

Maqazin
 9-07-2018, 21:15     10 585

ATV-də yayımlanan “10-dan sonra” proqramının qonaqları aşıq Namiq Fərhadoğlu ilə Fəzail Miskinli olub.

"XeberBiz" Axşam.az-a istinadən xəbər verir ki, efir zamanı aşıqlar arasında mübahisə düşüb. Namiq canlı yayımda Fəzaili aşıq hesab etmədiyini deyib. Qarşı tərəf isə ona sərt cavab verib.

Aparıcı Yusif Ağayev tərəfləri sakitləşdirməyə çalışsa da, alınmayıb.

Dava reklam fasiləsində də davam edib. Sənətçilərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Aşıqlar bir-birini təhqir ediblər. Ətrafdakılar onları ayırmağa çalışıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26