Interposta.Info

Koreya belə birləşir, bəs Azərbaycan?

Gündəm
 27-04-2018, 22:00     11 583

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında baş tutan tarixi görüşdə iki dövlət arasındakı dəmiryollarının birləşdiriməsinin sürətləndirilməsi irəli sürülüb. Dəmir yollarının birləşdirməsini sürətləndirmək, sürət qatarlarının tezliklə hərəkətə buraxmaq, Şimali və Cənubi Koreyanın birləşdirilməsini tezləşdirmək deməkdir.

Lap yaxşı, madam ki, dünyada bölünən xalqlar birləşir, bəs biz niyə kənarda qalaq?

O zaman günün sualının səsləndirək: "Azərbaycanın birləşməsi nə dərəcədə mümkündür" mövzusunda BAO (Bütöv Azərbaycan Ocaqları) əməkdaşı Faiq Ələkbər interposta.info-a açıqlama verərək məsələnin iki mümükün yolunu göstərdi:

Koreya belə birləşir, bəs Azərbaycan?


"Birincisi, biz gərək 1925-ci ildə ingilislərlə rusların İranda əlimizdən alıb işğalçılara verdiyi hakimiyyəti yenidən ələ keçirək və öz haqqlarımızı bərpa edək. Şübhəsiz ki, bu çox çətindir.

Azərbaycanın birləşməsi üçün ikinci mühüm addım isə Rusiya ilə bağlıdır. Çünki, Rusiyanın 1813 və 1828-ci illərdə Azərbaycanın bölünməsində böyük rolu olmuşdur. Hazırda da Rusiya Azərbaycan və keçmiş Sovet ölkələri üzərində nəzarətini davam etdirir. Buna görə də Rusiyanın tərkibindəki türk xalqarının birləşərək güclənməsi, hazırkı Azərbaycan Respublikasının da güclənməsi və Rusiyanın zəiflənməsinə gətirib çıxara bilər ki, bu amil də dünya azərbaycanlılara dəstəyi gücləndirəcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26