Interposta.Info

Cənubi Koreya ABŞ-ın köməyi olmadan KXDR-ə hücum planlayır

Dünya
 1-09-2017, 07:30     10 466

Bu plan Pxenyana minlərlə raket zərbəsinin endirilməsini və desant çıxarılmasını nəzərdə tutur

Cənubi Koreya hökuməti Müdafiə nazirliyinə Şimali Koreyadan gələ biləcək tammiqyaslı hücumun qarşısını alınması planının işlənib hazırlanmasını tapşırıb.

Bu plan ABŞ-ın köməyi olmadan əks-hücuma keçməyi və KXDR-in paytaxtı Pxenyanı qısa bir zamanda ələ keçirməyi nəzərdə tutur.
Bununla bağlı Cənubi Koreyanın müdafiə nazirinin müavini Su Çu Sok jurnalsitlərə məlumat verib.

“Prezident Mun Ce İn KXDR-in hərbi təxribatlar törətməsi və sərhədi keçərək paytaxta hücum etməsi halında müasir hərb sənətinin tələblərinə uyğun surətdə müdafiədən hücuma keçməyimiz üçün hazırlıqların sürətləndirilməsini əmr edib”, - nazir bildirib.

Qeyd olunur ki, paytaxt Seul münaqişə xəttindən cəmi 40 km aralıda yerləşir. Bu səbəbdən prezident hərbi strukturun rəhbərləri ilə görüşdə qoşunlaırn mobilliyinin, onların desant və hava hücumundan müdafiə qabliyyətinin artırılması ilə bağlı göstərişlər verib.

Qeyd olunur ki, Cənubi Koreyanın olası müharibə halında əsas müttəfiqi ABŞ-la birlikdə hərəkət planı - OPLAN 2015 artıq mövcuddur. Bu plan ABŞ aviadaşıyıcı gəmilərinin, hərbi təyyarələrin, dəniz piyadalarının və Cənubi Koreyadakı qoşunlarının köməyi ilə məhdud hərbi əməliyyyatların keçirilməsindən ibarətdir. Onlar ABŞ-ın əsas qüvvələri gəlib yetişənə qədər ölkə ərazisini düşməndən qorumalıdırlar.
Cənubi Koreya komandanlığının düşüncəsinə əsasən, ordunun irəli atılması bir aydan çox çəkməməlidir.Bundan başqa, planda Şimali Koreyanın hakim elitaısının fiziki məhvi və ölkənin əsas obyektlərinə preventiv raket zərblərinin endirilməsi kimi taktiki düşüncələr var.

Yeni plan isə “Şimali Koreya məsələsinin” cənubi koreyalıların öz əli ilə həll edilməsinə hesablanıb.

Plan çərçivəsində, KXDR ərazisində raket zərbələri ilə vurulacaq minlərlə obyekt təsbit edilib və Pxenyana böyük qüvvə ilə desant endirilməsi nəzərdə tutulub. Cənubi Koreyanın “Choson İlbo” qəzetinin yazdığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi prezident Mun Ce İnə assimmetrik müharibənin vasitələri haqqında da düşünməyi məsləhət görüblər.

Buna görə Şimali Koreyanın nüvə zərbəsi endirəcəyi halda ona eyni qəbildən cavab verilməsi uyğun görülüb. Bu isə artıq Cənubi Koreyanın da nüvə dövlətinə çevrilmək niyyyətini göstərir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26