Interposta.Info

" Karabakh TV yaratmaq lazımdır..."- Təklif

Gündəm
 23-04-2018, 14:03     10 434

Qəzənfər Hüseynin facebook səhifəsindən:

Biz, Qarabağda məğlub olmazdan əvvəl ideoloji cəbhədə düşmənə uduzmuşduq. Heç indi də bu sahədə yüksək səviyyədə güclü deyilik.

Şəxsən mən düşünürəm ki, ordumuzda son illərdə əldə edilən nizam-intizam, hərbi texniki irəliləyişlə bu sahədəki ideoloji işin səviyyəsi heç də uyuşmur. Halbu ki, ideoloji cəbhə ordudan da güclü olmalıdır, dünyanı bizim haqq işimizə inandırmalıdır.

Məncə, bizdə çoxdan rus və ingilis dillərində dünyaya yayımlanan Karabakh TV yaratmaq lazımdır. Bu TV kanal sırf Qarabağla bağlı verilişlər aparmalıdır. Bunun üçün xeyli vicdanlı, patriot və peşəkar telejurnalistlərin olduğuna əminəm.

Bu gün Azərbaycanda ondan çox bir birini təkrarlayan TV kanallar vardır, bu kanal fərqli olmalıdır, dövlətin Qarabağla bağlı xarici siyasətindən tutmuş, ermənilərin işğalçılığına, onların saxta tarixinə, bu ərazilərə köçürülmələrinə qədər faktlara əsaslanan süjetlər hazırlayıb ən azından rus və ingilis dillərində dünyaya yaymalıdır.

Bütün dostlardan, xüsusilə də jurnalistlərdən xahiş edirəm bu məsələni ümumiləşdirin. Mən, demirəm ki, bu görəvlilərdən heç kəsin ağlına gəlmir, amma biz bu məsələnin həll edilməsi üçün sosial şəbəkənin və KİV-lərin imkanlarından istifadə etməliyik.

Bu qaldırılan məsələ ümummilli əhəmiyyət kəsb edir, xahiş edirəm rəylər yazanda mahiyyətdən yazın.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26