Interposta.Info

Azərbaycanda “2 ay ömrün qaldı” dedilər, Türkiyədə sağaldı

Gündəm
 6-03-2018, 09:15     10 432

Azərbaycanda həkimlərin ürəyində problemləri olan və əməliyyatına risk etmədikləri Rəsmiyyə Vəliyeva sağlığına Türkiyədə qovuşub.

Yenicag.az xəbər verir ki, 50 yaşlı xəstəyə azərbaycanlı həkimlər "2 ay ömrün qalıb” deyiblər. Amma yaxınları onu Türkiyəyə aparıblar və orada uğurlu əməliyyat sayəsində öz sağlığına qovuşub. Ərzincandakı xəstəxanalardan birində onun üç damarında əməliyyat aparılıb.

Artıq özünü yaxşı hiss edən Vəliyeva Türkiyə mətbuatına açıqlamasında bunları söyləyib: "Ərzincanda çalışan ürək damar cərrahı Alper Onkla əlaqə saxladıq. O, bizi Türkiyəyə dəvət etdi. Allah ondan razı olsun. Ərzincana gəldim və əməliyyat oldum. Əməliyyat çox yaxşı keçdi və sağaldım. Məni ölümdən türk həkimlər xilas etdilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26