Interposta.Info

Anar Əliyev güllələndi –

Gündəm
 22-02-2018, 16:08     10 712

Azərbaycanlı biznesmen Anar Əliyev Rusiyanın paytaxtı Moskvanın cənubunda güllələnib.

Teleqraf.com xəbər verir ki, o, şəxsi avtomobilində olarkən hücuma məruz qalıb və başından güllə yarası alıb.

Hücumun sifarişli olduğu istisna edilmir. Hazırda 43 yaşlı Anar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Həkimlərin səyinə baxmayaraq, azərbaycanlı biznesmen Anar Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Anar Əliyev Moskvada qida məhsulları, içkilər və tütün məmulatları topdansatış ticarətlə məşğul olurmuş.

interposta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26