AZAL-ın təyyarəsində görünməmiş biabırçılıq - Murad Dadaşov pilot kabinəsində
AZAL-ın pilotları qadağan olunmuş əraziyə sərnişin buraxaraq təhlükəsizlik qaydalarını pozublar.
Belə ki, noyabrın 29-da Bakı-Moskva reysində uçuş zamanı tanınmış teleaparıcı və şoumen Murad Dadaşovla köməkçisi Toğrul Məmmədov təhlükəsizlik qaydalarını pozaraq pilotların kabinəsinə giriblər.
"XeberBiz" xəbər verir ki, bu barədə Qaynarinfo-ya təyyarənin sərnişinlərindən biri məlumat verib. Onun sözlərinə görə, AZAL-ın 29 noyabr saat 20:00-da Bakıdan Moskva uçan təyyarəsində uçuş zamanı teleaparıcı və köməkçisi təyyarə havaya qalxdıqdan 1 saat sonra pilot kabinəsinə giriblər və enəndən sonra çıxıblar.
Murad Dadaşov
Təyyarə eniş edəndə baş verən silkələnmə isə sərnişinləri qorxuya salıb. Onlar elə zənn ediblər ki, pilot sükanı Murad Dadaşova verib.
Qeyd edək ki, qanunla sərnişinlərin pilot kabinəsinə girməsi qadağandır və giriş qapısının üzərində kənar şəxslərin ora girişinə icazə verilmədiyi barədə xüsusi xəbərdarlıq yazısı olur.
Həmişə AZAL-ın pilotlarının təcrübəli və peşəkar olduqlarını demişik. İndi onların belə qeyri-peşəkarlığa yol verməsi, yüzlərlə sərnişinin həyatını təhlükəyə atması şirkətin imicinə böyük zərbədi. Görünür son dövrlər adı müxtəlif qalmaqallarda hallanan AZAL-ın təyyarələrində nəzarətsizlik hökm sürür ki, kim nə istəyir edir, hətta sərnişin pilot kabinəsinə belə girə bilir.
Toğrul Məmmədov
"XeberBiz" onuda xatırladır ki, məsələ ilə bağlı AZAL-ın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Qaynarinfo-ya açıqlamasında bu barədə məlumatının olmadığını bildirdi:
"Bu barədə məlumatım yoxdur. Belə bir şey həqiqətən olub ya yox, onu ancaq araşdırmaqla öyrənmək olar və bununla bağlı da araşdırma aparılması üçün müvafiq şöbəyə məlumat verəcəyəm".
Murad Dadaşovla əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qaldı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26