AZAL təyyarəsində partlayış - Foto

İstanbulun Atatürk hava limanında Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Boinq 767-300” təyyarəsində partlayış olub.
Türkiyənin "Sabah" qəzeti ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində partlayış baş verdiyini yazıb.
Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə Report-a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".
Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26