Interposta.Info

AZAL 157 nəfərin ölümünə səbəb olan "qatil təyyarə"dən istifadə edirmi? (AÇIQLAMA)

Müxtəlif
 12-03-2019, 11:11     10 426

Xəbər verdiyimiz kimi, Efiopiyada "Boeing 737 MAX" tipli təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər dünyasını dəyişib. Son dövrlər "Boeing" təyyarələri tez-tez qəzaya uğrayır.

Bəs bu tip təyyarələrdən Azərbaycan Hava Yollarında istifadə olunurmu?

İnterPosta.info-nun məlumatına görə, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bu barədə qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə, AZAL-da bu tip təyyarələr yoxdur: "Bizdə bu tip təyyarələrdən yoxdur. İstifadə etmirik".

Qeyd edək ki, baş vermiş qəzanın ardından Sinqapur hökuməti "Boeing 737 MAX"ların istifadəsinə qadağa qoyub. ABŞ Federal Hava Yolları İdarəsi isə sözügedən model təyyarələrdə yenilənmə işlərinin aparılacağını açıqlayıb. Bundan əvvəl isə Çin, Efiopiya və Böyük Britaniya analoji qərar qəbul edib.

Xatırladaq ki, ötən il də İndoneziyada bu model təyyarə qəzaya uğramış və 189 nəfər ölmüşdü.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26