Interposta.Info

Ermənistanın baş naziri Kəlbəcərə gəldi -

Gündəm
 16-08-2017, 20:20     10 530

Ermənistanın baş naziri Kəlbəcərə gəldi: Ermənilər Kəlbəcər suyunun istehsalına başlayırlar

Ermənistanın baş naziri Karen Karapetyan qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Xəbər verildiyi kimi, o, yay tətilini Qarabağda keçirməyə qərar verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyan K.Karapetyanla Kəlbəcər rayonu hüdudlarında yaradılmış Şaumyan rayonunda görüşüb.

Daha sonra onlar işğal zonasında reallaşdırılan iqtisadi layihələrlə tanış olublar. Arutyunyan və Karapetyan Qarabağa Ermənistandan çəkilən ikinci yolun - Vardenis-Ağdərə avtomagistralının tikintisi ilə tanış olublar. Bu yolun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bundan sonra onlar Kəlbəcərdəki su zavodunun təməlqoyma mərasimində iştirak ediblər. İşğalçılar iddia ediblər ki, bu layihənin reallaşması nəticəsində ilkin mərhələdə 50 nəfər işlə təmin olunacaq. İşğalçılar suyun ixracını da planlaşdırırlar.

İşğalçı ölkənin baş naziri və separatçıların nümayəndəsi həmçinin “Lev-1” və “Djermadjur” hidroelektrik stansiyalarına da baş çəkiblər. İşğalçı ölkənin baş nazirinin özgə torpağına başını soxmasına isə hələlik beynəlxalq təşkilatlardan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən kimsə reaksiya verməyib.

interposta.info
Ermənistanın baş naziri Kəlbəcərə gəldi -
Ermənistanın baş naziri Kəlbəcərə gəldi -
Ermənistanın baş naziri Kəlbəcərə gəldi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26