Interposta.Info

Nəticədə Azərbaycan Qarabağı qaytaracaq - Arutyunyan

Siyasət
 27-02-2017, 10:58     833

Nəticədə Azərbaycan Qarabağı qaytaracaq - Arutyunyan

Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə qorxuya salıb.

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti ikinci Aprel şokunu yaşamaq istəmir və buna görə də Sərkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən narahatdırlar.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər: “Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq”.

V.Arutyunyan Azərbaycanın Ermənistana blokada siyasətinə diqqət çəkib və bunun pis nəticələri haqda xəbərdarlıq edib:

“Rəsmi Bakının blokada siyasəti Ermənistanın gələcəyi üçün yaxşı deyil. Çünki bu siyasətə görə iqtisadiyyat pis durumdadır və nəticə olaraq, ermənilər Qarabağı, eləcə də Ermənistanı tərk edirlər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, onlar Qarabağa, Zəngəzura, İrəvana sülh yolu ilə qayıdacaqlar. Bu, məhz ondan xəbər verir ki, ermənilər ölkəni tərk edir, nəticədə, Azərbaycan Qarabağı da, digər əraziləri də müharibə olmadan qaytarır”.

Erməni politoloq Stepan Qriqoryan Qarabağda üçüncü müharibənin başlayacağını bildirib.

Onun fikrincə, Qarabağ münaqişəsi “dondurulmayıb”:

“Cəbhədə baş verənlər münaqişənin “dondurulmadığını” göstərir və nəticədə, beynəlxalq cəmiyyət razılaşdı ki, status-kvo yolverilməzdir, münaqişə həll edilməlidir. Burada erməni diplomatiyasının məğlubiyyətini açıq-aydın görürük. Diplomatiya hadisələrə adekvat reaksiya verə bilmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26