Interposta.Info

Ermənistanın Rusiyadakı səfiri Qarabağda -

Dünya
 27-03-2017, 18:56     549

İşğalçı ölkə rəsmilərinin işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərləri son vaxtlar intensivləşib. Bu gün Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri VardanToqanyan Xankəndidə peyda olub.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, diplomatı Qarabağ separatçılarının başçısı Bako Saakyan qəbul edib. Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “mətbuat xidməti” xəbər verir ki, B.Saakyan səfiri yeni təyinatı münasibətilə təbrik edib. Görüşdə qondarma qurumun “xarici işlər naziri” Karen Mirzoyan da iştirak edib.


Xatırladaq ki, bu qanunsuz səfər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvana səfər etdiyi və guya münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar apardığı gün reallaşıb. Həmsədrlərin görüşdüyü XİN başçısı Edvard Nalbəndyan özü də bir neçə gün əvvəl Xankəndiyə qanunsuz səfər etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26