Interposta.Info

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını açıqladı

Gündəm
 28-02-2017, 07:28     726

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını açıqladı

Ermənistan Azərbaycanın işğal altındakı Laçın və Kəlbəcər rayonlarında yeni layihələr gerçəkləşdirməkdə davam edirlər

interposta.info Modern.az-a istinadən xəbər verir ki, Yerevanda yerləşən ONE Armenia təşkilatı Laçın dəhlizi boyu ərazilərin minalardan təmizlənməsinə başlayıb.

The Halo Trust təşkilatı ilə birgə başlanılacaq işlər zamanı 32 kvadrat metr ərazinin partlamamış mərimlərdən təmizlənərək bölgəyə köçürülən əhali tərəfindən istifadə olunması nəzərdə tutulub. Həmçinin, nəqliyyatın, o cümlədən döyüş texnikasının Ermənistandan Qarabağa daxil olması üçün də dəhlizdəki təhlükəsizlik sahəsinin genişləndirilməsi planlaşdırılır.
OneArmenia təşkilatı internet üzərindən keçirdiyi ianə toplama kampaniyası çərçivəsində ilkin mərhələdə 96 min dollar vəsait toplamağı planlaşdırır.

Digər tərəfdən, separatçı rejim Kəlbəcərin fasiləsiz su ilə təmin olunması prosesini yekunlaşdırmaq üzrədir. Belə ki, yerli administrasiyanın rəhbəri Karen Yegişyan rayon mərkəzinin yuxarı hissəsində 3 su hovuzunun quraşdırıldığını və bulaqlardan gələn suyun ora yığılacağını deyib.

Yegişyan 18 kilometr uzunluğunda su xəttinin yay aylarında istifadəyə veriləcəyini və Kəlbəcərin su ilə tam təmin olunacağını deyib. O, həmçinin, rayon mərkəzində yaşayan sakinlərin sayının 3500-ü keçdiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26