Interposta.Info

ATƏT erməni deputatın

Gündəm
 24-02-2017, 11:42     1 009

ATƏT erməni deputatın

Fevralın 23-də ATƏT Parlament Assambleyasının qış sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Komitənin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda "İqlim dəyişikliyi ilə mübarizə, təbii sərvətlərin idarəetməsi və su təhlükəsizliyi" mövzusunda müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvi, Milli Məclisin deputatı Kamran Nəbizadə çıxışında su çatışmazlığı və su ehtiyatlarının tükənməsinin bəşəriyyət qarşısında duran ən mühüm və aktual məsələlərdən biri olduğunu vurqulayıb. Kür çayında suyun təmizlənməsi məsələsinə toxunan deputat daha sonra müzakirə olunan məsələlər üzrə iki təklif irəli sürüb. Kamran Nəbizadə çıxışında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törətməsi, kütləvi şəkildə bu torpağlarda flora və faunaya ziyan vurmasının böyük ekoloji problemə çevrildiyini qeyd edib.

Nümayəndə heyətimizin üzvi çıxışına cavab olaraq Ermənistan nümayəndə heyətinin rəhbəri böhtana keçib, bu yanğınların quya Azərbaycanın diversiya qrupları tərəfindən törədildiyinə işarə edib. Çıxış vaxtının bitdiyinə baxmayaraq, Ermənistan nümayəndəsi nitqini davam etdirib və mövzudan tam kənarlaşaraq, Azərbaycana qarşı əsaszız ittihamlar irəli sürüb. Kamran Nəbizadənin Ermənistan nümayəndəsinin vaxtdan və mövzudan kənara çıxmasına görə sədarətə etirazı nəticəsiz qaldığından, nümayəndəmiz məcbur olaraq çıxışa müdaxilə edib. K.Nəbizadə bildirib ki, nə qədər ki, dünya ictimayyəti və beynəlxalq qurumlar işğalçını öz adı ilə adlandırmayacaq, Ermənistanın işğalçı dövlət olduğunu birmənalı söyləməyəcək, sülh və əməkdaşlıq haqqında danışıqların heç bir əhəmiyyəti olmayacaq və Ermənistan nümayəndə heyətinin bu cür təhribat və böhtan xarakterli çıxışları davam edəcək.

Qeyd edək ki, Özbəkistan, Türkiyə və Belarus nümayəndə heyətlərinin üzvləri çıxışlarında Kamran Nəbizadənin çıxışına və müdaxiləsinə dəstək veriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26