Interposta.Info

Ramil Usubov

Gündəm
 22-02-2017, 21:13     1 135

Ramil Usubov

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun qohumu, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyevin işdən azad edilməsi səbəbi ilə bağlı yeni iddia ortaya çıxıb.

interposta.info xəbər verir ki, Bakipost.az saytı M.Mehralıyevin ötən ilin sentyabr ayında təqaüdə göndərilmədiyini, əslində, onun daxili işlər orqanlarından xaric edildiyini yazıb.

İddia olunur ki, buna səbəb "Rabitə işi”ndə polis rəisinin də adının keçməsidir. Mübariz Mehralıyev Vidadi Zeynalovun yaxın qohumu, eyni zamanda bacısı qızının əridir. Vidadi Zeynalovun cinayət əməllərində rəisin, daha çox isə onun ailə üzvlərinin, yaxın adamlarının da payı olub.

Elə buna görə də Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov cəmi bir il əvvəl - 2015-ci ilin yanvarında təyin etdiyi rəisi DİN-dən qovub. İddiaya görə, qorxuya düşən rəis ailəsini də götürüb Türkiyəyə qaçıb. Hazırda da xarici ölkələrin birində yaşadığı deyilən keçmiş rəisin bizneslə məşğul olduğu barədə məlumatlar var.

Qeyd edək ki, V.Zeynalov nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur.

O, 2015-ci ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26