Interposta.Info

Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası –

Gündəm
 18-01-2017, 08:19     833

Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası –
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Şimali Kipr Türk Respublikasının Girnə şəhərindəki villasını satışa çıxarıb.

interposta.info bildirir ki, Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Girnə Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Orxan Həsənoğlu sosial şəbəkədəki hesabında məlumat paylaşıb

O.Həsənoğlu qeyd edib ki, “Abdullayevs villa” adlı villanı azərbaycanlı bir iş adamı almaq istəyir. O həmçinin bildirib ki, villa Girnə “Eziç Premium” restoranının qarşısında yerləşir.

Villanın girişində rus dilində böyük hərflərlə “SATILIR” yazılıb. Bu sözün altında isə iki əlaqə nömrəsi qeyd olunub. O.Həsənoğlu bildirib ki, bunlar sabiq rektorun Fransadakı telefon nömrələridir.

Daha sonra O.Həsənoğlunun özü ilə əlaqə saxladıq. Həmsöhbətimiz bunları qeyd etdi: “Villanın satışa çıxarılması ilə bağlı ətraflı məlumatım yoxdur. Yəni belədir ki, ora Elşad Abdullayevindir. Son zamana qədər də mülkün adı “Abdullayevs villa” olaraq keçirdi. Keçən həftə Kiprə getdiyim zaman təsadufən gördüm ki, satışa çıxarılıb”.

Villanın qiymətinə gəldikdə isə O.Həsənoğlu deyib: “Konkret bu villanın qiymətini bilmirəm. Amma həm ərazi baxımından, həm də genişlik baxımından ən prestijli bir yerdədir. Azı 500-600 min dollar qiyməti var”.

Villanın ərazisinə gəldikdə isə müsahibimiz ərazinin azı 10 sot olduğunu vurğulayıb.

O.Həsənoğlu onu da bildirib ki, E.Abdullayevin Şimali Kiprdə bunun xaricində müxtəlif obyektləri var: “Daha öncə Azərbaycanda universitetin bağlanma riski yaranarkən o öz biznesini Kiprə daşımağa və burada bir universitet qurmağa cəhd göstərdi. Bu barədə Kiprin rəsmi qurumlarına da müraciətlər etdi və bu sahədə çalışanlarla görüşlər keçirdi. Lakin bu mümkün olmadı”.

Müsahibimiz onu da bildirib ki, azərbaycanlı iş adamlarından bir neçəsi mülkün alınması ilə bağlı öz adamlarına təlimatlar versə də, hələlik villaya konkret olaraq alıcı çıxmayıb: “Həm də villanın Elşad Abdullayevə aid olması satışı bir ildir ki, sual altına alıb. Heç kim başının ağrımasını və diqqət çəkməsini istəmir”.

O.Həsənoğlu onu da bildirib ki, E.Abdullayevin Kiprdə nümayəndəsi olmadığı və ya alqı-satqı prosesini hər hansı əmlak şirkətinə həvalə etmədiyi üçün bu evlə bağlı üz-üzə real olaraq kiminləsə danışmaq olmur.

interposta.info

Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası –
Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası – Elşad Abdullayevin Kiprdəki dəbdəbəli villası –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26