Interposta.Info

Azərbaycan ordusu İŞİD-lə döyüşəcək —

Gündəm
 9-01-2017, 13:17     717

Azərbaycan ordusu İŞİD-lə döyüşəcək —
Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumatı APA “dunyanews.tv”-ə istinadən yayıb.

Məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26