Interposta.Info

Ərəbistan İŞİD-ə yardım edir -

Dünya
 6-06-2017, 12:12     721

Qətər və Səudiyyə Ərəbistanı İŞİD-ə maddi-texniki yardım ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiya “Vikiliks” saytının yaydığı ABŞ-ın eks-dövlət katibi Hillari Klintona aid məktublarda yer alıb. Klintonun məktubu 2014-cü ilin avqustuna aid olub və o, prezidentin müşaviri Con Podesteyə ünvanlanıb. Məktubda Klinton Azad Suriya Ordusu və digər müxalifət nümayəndələrinə İŞİD-in zəifləməsindən istifadə edərək yardım edilməsi və Suriya rejiminə qarşı əməliyyatlarda onların aktiv iştirakının təminatının nəzərdən keçirilməsini təklif edir:

“Hərbi və yarıhərbi əməliyyatların irəlləməsinə baxmayaraq, biz özümüzün diplomatik və ənənəvi kəşfiyyat aktivlərindən istifadə edərək, Qətər və Səudiyyə Ərəbistanı hökumətinə təzyiqlər etməliyik. Bu ölkələr İŞİD və digər sünni qruplara maddi-texniki yardımlar edirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26