Çilidə güclü zəlzələ oldu

Çilidə 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəz bildirib ki, episentr 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 103 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26