Interposta.Info

Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -

Dünya
 21-07-2017, 10:14     494

İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, zəlzələ Bodrum və Yunanıstanın Kos adasında hiss olunub.

Məlumata görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Nəticədə Yunanıstanda bina dağılıb və altında qalan 2 nəfər dünyasını dəyişib. Türkiyədə hələ ki, ölüm halı qeydə alınmasa da, 70 nəfərin xəsarət alaraq xəstəxanalara yerləşdirildiyi bildirilir.

Yeraltı təkan həmçinin Türkiyə sahillərində sunamiyə səbəb olub. Nəticədə Bodrumun bir hissəsini su basıb.

***

Yunanıstan ərazisində baş verən 6,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alıb.

interposta.info


Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -
Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -
Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -
Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -
Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -
Türkiyədə dəhşətli zəlzələ: ölənlər var -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26