Interposta.Info

Dünya çempionu Almaniyada güllələnərək öldürülüb
 

Dünya
 11-03-2024, 17:37     23 659

IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani 38 yaşında öldürülüb.

Məlumata görə, veteran boksçu Almaniyanın Bilfeld şəhərində restorandan çıxarkən güllələnib. Nimani hadisə yerindəcə ölüb.

İdmançı 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb və sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.
Qeyd edək ki, boksçu bundan əvvəl - 2013-cü ildə də Bilfeldin mərkəzində mübahisədən sonra atışmada dizindən və budundan yaralanmışdı.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26