Interposta.Info

Mariya Stadnik 10 il sonra dünya çempionu oldu

İdman / Manşet
 18-09-2019, 18:41     10 495

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə daha 8 xal alaraq inamlı qələbəyə nail olub - 13:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Bu müddətdə üç dəfə finala yüksələn Stadnik 2011, 2015 və 2018-ci illərdə həlledici qarşılaşmada uduzub. Bütün finallarda onun yolunu yaponiyalı güləşçilər kəsiblər. Mundiallarda 2 qızıl və 3 gümüşü olan idmançının hesabında 2014-cü ilin bürünc mükafatı da var.

İkiqat dünya çempionu Avropada öz çəkisinin hegemonudu. O, yeddi dəfə qitə çempionu adına yiyələnib. Stadnikin uğurları 2008, 2009, 2011, 2014, 2016, 2017 və 2018-ci ilin yarışlarında qeydə alınıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26