Mehriban Əliyeva "İlin idman təşkilatçısı" seçilib
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "İlin idman təşkilatçısı" seçilib.
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi olub.
Rio-2016-nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, Bakı-2017-nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, boksçu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvondoçu Milad Beigi Harçeqani "İlin idmançıları" adına layiq görülüblər.
"İlin komandası" nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov "İlin baş məşqçiləri" elan ediliblər.
"İlin idman hakimi" Hicran Şərifov (güləş), "İlin idman azarkeşi" isə Elşən Məmmədov olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26