Interposta.Info

Peşəkar boksda sensasiya: dünya çempionu uduzdu

İdman
 3-06-2019, 08:35     10 671

Ötən gecə Nyu Yorkun "Madison Square Garden" arenasında keçən qarşılaşmada meksikalı boksçu Endi Ruis ağır çəkidə IBF, WBO və WBA çempionu titullarının sahibi Antoni Coşuanı məğlub edərək ağırçəkili boks tarixində ən böyük sensasiyalardan birinə imza atmış olub.

Antoni Coşuanın Endi Ruislə döyüşü yeddi daund davam edib: Antoni üçüncü radundda Ruisi nokdauna göndərib, lakin bundan sonra meksikalı boksçu özündə güc taparaq Coşuanı dörd dəfə nokdauna göndərib. Nəticədə, yeddinci raundda döyüş dayandırılıb və meksikalı bokçu qalib elan olunub.

Beləliklə, Antoni Coşua peşəkar karyerasında ilk dəfə olaraq məğlubiyyətə uğrayıb.

Oyundan əvvəl bukmekerlər britaniyalı Antoni Coşuanın meksikalı Endi Ruisə qalib gələcəyini 25:1 nisbəti ilə proqnozlaşdırırdılar.

Məğlubiyətindən sonra 29 yaşlı Coşua deyib: "Mən yaxşı döyüşçüyə uduzdum".

"O çempion oldu, mən isə çempionluğumu qaytarmalıyam", - britaniyalı boksçu əlavə edib.

Peşəkar boksda sensasiya: dünya çempionu uduzdu

Endi Ruis indiyədək 33 döyüş keçirib, onlardan 32-də qalib gəlib

Döyüşdən əvvəl bu qarşılaşmanın autsayderi sayılan 29 yaşlı Endi Ruis isə qalib elan olunduqdan sonra rinqdə tullanıb-düşüb.

ABŞ-da doğulan Endi Ruiz əslən meksikalıdır, onun valideynləri meksikalıdırlar. O, boks karyerası ərzində indiyədək 33 döyüş keçirib və onlardan 32-də qalib gəlib.

Coşuaya qalib gəldikdən sonra Ruis ilk meksikalı ağırçəkili dünya çempionu olub.

Endi Ruis beş uşaq atasıdır və güman edildiyinə görə, Nyu Yorkda ötən geçə qələbəsi ilə başa çatan döyüşdən sonra onun və ailəsinin maddi vəziyyəti xeyli yaxşılaşacaq. (BBC)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26