Kliçko nokauta düşdü:
Ukraynalı məşhur boksçu Vladimir Kliçko britaniyalı idmançı Entoni Coşyaya texniki nokautla uduzub.
Axar.az xəbər verir ki, ağır çəkidə Beynəlxalq Boks Təşkilatı (IBO), Beynəlxalq Boks Federasiyası (IBF) versiyası, həmçinin Ümumdünya Boks Assosiasiyasının dünya çempionu adı uğrunda keçirilən bu döyüş “Uembli” stadionunda baş tutub.
Döyüşün ilk raundları bərabər səviyyədə keçib. 5-ci raundda Kliçko nokdauna düşüb, 6-cı raundda isə Kliçko Coşyanı nokauta salıb.
Yalnız 11-ci raundda Kliçkonun səhvindən istifadə edən Coşya iki dəfə Kliçkonu yerə sərib. Döyüşün davam etdirilməsinə isə hakim imkan verməyib. O, döyüşü saxlayıb və texniki nokautun qeydə alınmasını istəyib.
Bu, Coşyanın keçirdiyi 19-cu döyüş olub. Coşyanın 19 döyüşün hamısında qələbə qazanıb.
Kliçko isə bu vaxta qədər 69 döyüş keçirib, onlardan yalnız 5-ində məğlub olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26