Interposta.Info

77 nəfərin qatili Norveç hökumətindən narazıdır

Dünya
 8-01-2024, 20:32     26 917

2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə 21 il həbs cəzasına məhkum edilmiş norveçli terrorçu Anders Breyvik ölkəni həbsxanada təcrid olunduğu üçün məhkəməyə verir. Sağçı ekstremistin vəkili Oystein Storrvik isə Breyvikin intihara meylli olduğuna inanır.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.

"Anders Behrinq Breyvik dövlətə qarşı iddia qaldırıb", deyə NRK-nin məlumatında bildirilir.

Telekanalın məlumatına görə, Storrvik hücumdan sonra Breyvikin həbsindən 12 ildən çox vaxt keçdiyini və əslində bütün bu müddət ərzində onun təcrid vəziyyətində olduğunu vurğulayıb.

Norveç Dövlət Prokuroru Breyvikin iddiasından sonra Norveç dövlətinin maraqlarını müdafiə edəcək. Prokurorluq hesab edir ki, hazırda onun saxlandığı Ringerikdəki həbsxanada şərait olduqca yaxşıdır.

Breyvikin vəkili vurğulamışdı ki, Oslo Dairə Məhkəməsi Breyvikin iddiasına 2024-cü ilin yazında baxa bilər.

Qeyd edək ki, sağçı ekstremist Anders Breyvikin 2011-ci Norveçdə həyata keçirdiyi terror aktında 77 nəfər ölüb, 242 nəfər isə yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26