Interposta.Info

Norveç Rusiyadan gələn mallar üçün sərhədi bağlayıb

Dünya
 30-04-2022, 10:10     127

Norveç hökuməti Rusiyadan gələn yüklər üçün sərhədi bağlayıb.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt bu barədə NRK telekanalına müsahibəsində bildirib.

“Biz Norveçdə Aİ-nin beşinci sanksiya paketini işə salırıq. Bu o deməkdir ki, biz yük maşınları üçün Sturskuq sərhəd-keçid məntəqəsini dərhal bağlayırıq. Eyni zamanda bir sıra kimyəvi maddələrin idxalına qadağa tətbiq olunacaq”, - deyə Hyuitfeldt qeyd edib.

Onun sözlərinə görə, ərazisində Moskva ilə Oslo arasında xüsusi razılaşmanın mövcud olduğu Svalbard arxipelaqı istisna olacaq. Qadağa rus gəmilərinin Norveç limanlarından istifadəsinə də təsir edəcək, lakin bu, neft daşıyan gəmilərə şamil edilməyəcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26