Interposta.Info

İraq İranla sərhədi bağlayıb

Dünya
 16-11-2019, 22:36     10 401

İraq İranla sərhəddə yerləşən “Şalamçə” Nəzarət-Buraxılış Məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilib ki, Tehran hər iki ölkədəki etiraz aksiyalarına görə İraq hakimiyyətindən sərhədi bağlamasını istəyib.

Qeyd edək ki, noyabrın 15-də İranda yanacağın qiyməti bahalaşıb. Buna etiraz olaraq ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26