Interposta.Info

Rusiyadan ət idxalına qadağa - Azərbaycan da hərəkətə keçdi

Gündəm
 4-01-2018, 16:55     10 611

Yanvarın 5-dən etibarən Rusiyadan toyuq ətinin idxalına qadağa qoyulacaq.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus höküməti Rusiyanın Kostromski vilayətində yayılan quş qripi ilə əlaqədar bu ölkədən toyuq əti idxalına qadağa qoyub.

Qadağa sabahdan qüvvəyə minir. Məlumata görə, diri quşlar, inkubator yumurtaları, əhliləşdirilmiş zoopark və sirk quşları, quş əti, yumurta tozu, melanc, albumin və digər toyuq məhsulları ölkəyə buraxılmayacaq.
Rusiyadan ət idxalına qadağa - Azərbaycan da hərəkətə keçdi


"Rusiyanın bir çox vilayətindən Azərbaycana quş əti və quş əti məhsullarının ixracı hələ ötən ilin martında qadağan edilib. Buna görə də burada yenidən yüksək patogenli quş qripi (H5) xəstəliyinin aşkarlanmasının ölkə üçün heç bir narahatlığı yoxdur", - bunu AzNews.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.
Rusiyadan ət idxalına qadağa - Azərbaycan da hərəkətə keçdi


Yolçu Xanvəli bildirdi ki, qadağa bu gün də öz qüvvəsini saxlayır.

Baytarlıq mütəxəssisi əlavə edib ki, hazırda “quş qripi” xəstəliyinə və digər sürətlə yayılan yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Ölkədə hər hansı bir narahatçılıq yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26