Interposta.Info

Norveç də Türkiyədən üzr istədi

Dünya
 18-11-2017, 07:25     10 404

Norveçin Müdafiə naziri Frank Bakke-Jensen NATO-nun Trident Javelin hərbi təlimləri zamanı yaşanan xoşagəlməz olaydan dolayı Türkiyədən üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan informasiyada deyilib.

“Norveçin Stavanger şəhərində NATO Müttəfiq Hərb Mərkəzində həyata keçirilən təlim zamanı bir mesaj yayımlanıb. Bu mesaj sadəcə bir Norveç vətəndaşı tərəfindən hazırlanıb. Norveç vətəndaşı tərəfindən hazırlanan bu təxribat dövlətimizin siyasətini əks etdirmir. Mesajın məzmunundan dolayı üzr istəyirəm. Türkiyə NATO-nun önəmli müttəfiqidir və yaxından əməkdaşılığa böyük dəyər veririk”, - məlumatda deyilib.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26