Interposta.Info

 

Xose Antonio Vidal: “Azərbaycan şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək yerdir”

Dünya
 2-12-2023, 17:07     30 552

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var - Azərbaycan”.
Oxu.Az xəbər verir ki, bu fikirləri GWTO-nun prezidenti Xose Antonio Vidal Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı  ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bölgənin zəngin tarixi, yerli torpaq ərazilərinin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək:
“İqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26