Interposta.Info

 

Xındoqnı üzüm sortlarından hazırlanan şərab ilk dəfə təqdim edilib

Ölkə
 25-11-2023, 15:29     36 195

Xocavənd rayonunun Tuğ kəndi işğaldan azad edildikdən sonra buradan toplanmış Xındoqnı üzüm sortlarından hazırlanan şərab bu gün ilk dəfə təqdim edilib.

"İnterPosta" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu gün Şamaxı şəhərində keçirilən II Şərab Festivalında deyib. O qeyd edib ki, Xındoqnı üzümündən indiyə qədər iki min litr şərab istehsal olunub.
“Şərab hələlik satışa çıxarılmayıb. Onun həm ölkə daxilində satışı, həm də ixracı nəzərdə tutulub. Amma bu gün festival iştirakçıları Xındoqnı şərabını dequstasiya edə biləcəklər”./oxu.az

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26