Interposta.Info

“Bordo” şərab evi rəsmisi Bakıda şoka düşdü

Ölkə
 22-06-2019, 17:53     10 471

Ötən həftə Fransanın məşhur “Bordo” Şərablar Evinin nümayəndəsi qonağımız oldu. Şəhəri gəzdik. Mərkəzdəki 5 ulduz otellərdən birində qonaq şərab kartını alıb, onu diqqətlə təhlil etdi və birdən çığıraraq başındakı seyrək tükləri yola-yola az qaldı bütün personalı başına yığsın.

Bu sözləri Feysbuk hesabında Otellər və Restoranlar Assosasiyasının sədri Samir Dübəndi yazıb. Turizm eksperti fransız qonağından nə baş verdiyini soruşub və məlum olub ki, onun təmsil etdiyi şərab növlərini 1000 faiz qiymət fərqilə satırlar:

Dübəndi qonaqla birgə İçərişəhəri də gəzdiyini bildirib və suvenerlərdən söz açıb: “Suvenirlər nədir? Matryoşkalar, Çin istehsalı olan xırda-xuruş əşyalar və sair bizə aid olmayan şeylərdir.

Həyətdə isə bir qrup, aralarında ucadan mübahisə edən satıcılar varıydı. Qonaq da bunları görüb bir az başını buladı. Mən isə utandığımdan özümə yer tapa bilmədim...”/axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26