Interposta.Info

Almaniya büdcəsində nəhəng boşluq: Ukraynaya 8 milyardlıq yardım donduruldu

Dünya
 17-11-2023, 14:41     38 932

Almaniyada hakim koalisiya gələn il üçün Ukraynaya 8 milyard avroluq müdafiə yardımını nəzərdə tutan büdcədə nəhəng boşluğu doldurmağa çalışır.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.
Almaniyanın büdcə komitəsi bu gün, noyabrın 17-də Konstitusiya Məhkəməsinin hökumətin pandemiya zamanı istifadə olunmamış 60 milyard avro məbləğində vəsaiti ətraf mühitin mühafizəsi təşəbbüslərinə və sənayenin dəstəklənməsinə yönəldilməsini qadağan etdikdən sonra 2024-cü il büdcə layihəsi üzrə yekun müzakirələri dayandırıb.

Büdcənin təsdiq olunmayan iki hissəsindən birində gələn il Ukraynaya hərbi yardımın iki dəfə artırılaraq, 8 milyard avroya çatdırılması nəzərdə tutulur.

İndi Almaniya hakimiyyəti dövlət büdcəsinin qəbulu prosesinin bloklanmasının qarşısını almaq və müvafiq olaraq Müdafiə Qüvvələrinə vəd edilmiş hərbi yardımı göstərməsi üçün maliyyə probleminin həllini tapmağa çalışır.

"Gələn il üçün planlaşdırılan bəzi xərclər indi ixtisar edilməli olacaq və bu, hakim partiyaların razılığa gəlməsini çətinləşdirir", deyə "Commerzbank"ın baş iqtisadçısı Yorq Kremer bildirib. 

O da bildirilir ki, komitə iclasında nazirliklərin büdcələrinin məzmunu razılaşdırılıb.

Almaniyanın DPA xəbər agentliyi xəbər verir ki, ilin sonunda başa çatmalı olan qaz və elektrik enerjisinin qiymətlərinə dövlət tərəfindən tətbiq edilən məhdudiyyətlər 2024-cü il martın 31-dək uzadılıb.

Almaniyada bəzi digər xərc bölgüsü gələn cümə axşamı, çərşənbə axşamı keçiriləcək xüsusi iclasdan sonra ətraflı müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin 2024-cü ildə Ukraynaya hərbi yardımını ikiqat artırmaq niyyətində olduğunu bildirib. Bu məqsədlər üçün əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır.

Daha sonra jurnalistlər Almaniyanın 2024-cü il üçün federal büdcə layihəsi ilə tanış olublar və bu layihədə Ukraynaya hərbi yardımın iki dəfə artırılaraq 8 milyard avroya çatdırılması nəzərdə tutulub.

Büdcə sənədinin parlamentdə baxıldıqdan sonra dekabrın əvvəlində qəbul edilməsi planlaşdırılırdı.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26