Interposta.Info

Almaniyada 100 milyard avroluq ordu fondu yaradılacaq

Ölkə
 10-06-2022, 13:55     284

Almaniya Bundesratı ordu ilə bağlı 100 milyard avroluq fondun yaradılmasına razılıq verib

Almaniya Bundesratı (federal torpaqlar palatası) Silahlı Qüvvələrin gücləndirilməsi üçün 100 milyard avroluq xüsusi fondun yaradılması məqsədilə Konstitusiyaya düzəlişlər edilməsinə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Bundesratın nümayəndələri qərar verib.

Qeyd edək ki, Almaniya hökuməti artıq bu fondun yaradılmasına razılıq verib, Bundestaq isə bunu təsdiqləyib. Əslində, Bundesratda səsvermə formallıq hesab olunurdu.

Xatırladaq ki, xüsusi fondun vəsaiti hesabına yeni silahların alınması və Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26