İran: "İsrailə qarşı yeni cəbhələr açıla bilər"
"Fələstinlilərə qarşı hərəkətlərinə görə İsrailə qarşı yeni cəbhələrin açılması ehtimalı hələ də var".
Qaynarinfo İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın paytaxtına səfəri zamanı deyib.
O qeyd edib ki, İsrail bir neçə min fələstinlini evlərindən məhrum edir, su və elektrik enerjisini kəsir, həmçinin Qəzza zolağına ərzaq və dərman tədarükünü dayandırıb. İranın xarici işlər naziri bu hərəkətləri hərbi cinayətlər adlandırıb.
Onun fikrincə, İsrailin bu hərəkətləri ona baha başa gələ və bir neçə cəbhə açıla bilər.
Qeyd edək ki, bundan əvvəl Yaxın Şərq mərkəzinin ekspertləri "Le Beck" İsrail üçün beş cəbhədə çox uzunmüddətli hərbi münaqişə olacağını proqnozlaşdırmışdı. Mütəxəssislər Livandan gələn hücumlara işarə edərək, əlavə olaraq Suriya, hətta İraq və Yəməndən də hücumları diqqətdən yayındırmamağa çağırırlar.
Məqalə müəllifləri qeyd edirlər ki, İran və onun tərəfdaşları öz ideologiyalarının sütununu Fələstin problemindən yaradıblar, ona görə də indi onlar sadəcə olaraq kənarda qala bilməzlər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26