Interposta.Info

Türkiyə Ukraynaya 600-dən çox iri çaplı pulemyot verib

Dünya
 3-10-2023, 12:56     227

Türkiyənin özəl silah istehsalçısı "Canik” Ukraynaya yüzlərlə iri çaplı pulemyot tədarük edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Middle East Eye yazır.

"Türkiyə Ukraynanı iriçaplı pulemyotlarla təmin edir və artıq 600-dən çox silah tədarük edib”, - materialda deyilir.

Qeyd olunur ki, Türkiyə Ukraynada müharibə başlayandan gizli şəkildə Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları, lazerlə idarə olunan raketlər, qoruyucu vasitələr və zirehli maşınlar ötürüb.

Materialda deyilir ki, bu yaxınlarda Ukraynaya həm quru qoşunları, həm də zirehli texnika üçün nəzərdə tutulmuş Canik M2 modelinin iriçaplı pulemyotları tədarük olunmağa başlayıb. Bir mənbəyə görə, mart ayında Türkiyənin özəl silah istehsalçısı "Canik” ilə bir neçə müqavilə imzalanıb.

Başqa bir mənbəyə görə, 600-dən çox belə pulemyot artıq Ukraynaya müxtəlif xidmətlər, o cümlədən hərbi və kəşfiyyat orqanlarının istifadəsi üçün gətirilib. Bildirilir ki, saziş 600-dən xeyli çox pulemyotun çatdırılmasını nəzərdə tutur və bu silahların qalan hissəsinin yaxın aylarda göndəriləcəyi bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26