Interposta.Info

İsrail İran PUA-larını lazerlə vuracaq

Dünya
 28-08-2023, 17:26     273

İsrailin hava hücumundan müdafiəsi əvvəlcə qismən, sonra isə tam lazer müdafiəsi alacaq. Sistem pilotsuz uçuş aparatlarını vura biləcək, o cümlədən İranın Ukraynaya hücum etmək üçün indi Moskvaya göndərdiyi PUA-ları.

Qaynarinfo The Jerusalem Post-a istinadla xəbər verir ki, bu barədə silah istehsalçısı "Rafael Advanced Defense Systems” şirkətinin rəhbəri Yuval Steynits məlumat verib.

"Bir ildən sonra İsrail qismən lazerlə müdafiəyə malik olan ilk ölkə olacaq. İki ildən sonra raketlərdən, mərmilərdən və ya başqa bir şeydən tam müdafiə ola bilər. Bu, bizi həm cənubda, həm də Şimalda qoruyacaq", - Steynits bildirib.

Bu ilin fevralında Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi, briqada generalı Denni Qold bildirib ki, İsrailin HHM lazerləri tam işə salındıqda İranın Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya göndərdiyi pilotsuz uçuş aparatlarını vura biləcək. Onun sözlərinə görə, nazirlik "lazerlərin növbəti nəslini” inkişaf etdirmək üzərində işləyir.

O, çox mürəkkəb lazer silahları sistemi ilə raketləri məhv edən çoxsaylı uğurlu sınaqlardan danışıb: "Biz eyni şeyi minaatan, raketlər və Ukraynaya göndərdikləri İran PUA-ları etdik. PUA-larla eyni konsepsiyadır: biz onları vura bilirik".

2022-ci ilin fevralında o vaxtkı baş nazir Naftali Bennet İsrailin lazerlərdən istifadə qabiliyyətinin xeyli artdığını və gözlədiyindən daha tez istifadəyə verilə biləcəyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26