Interposta.Info

CNN BMT-nin baş katibi vəzifəsinə ən real namizədin adını açıqladı

 

Dünya
 29-09-2023, 19:33     202

İnsayderlərin fikrincə, Barbadosun baş naziri Mia Mottli BMT-nin baş katibi vəzifəsinə ən real namizəd hesab olunur.

"İnterPosta" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edir ki, keçən həftə ondan bu vəzifəyə namizəd olub-olmayacağı ilə bağlı soruşduqda o, baş barmağını yuxarı qaldıraraq gülümsəyib və gedib. 2026-cı il seçkilərinə hələ çox var, lakin bu yüksək vəzifəni kimin tutmaq şansının daha yüksək olduğuna dair söhbətlər artıq başlayıb. Tarixən BMT-də coğrafi rotasiya baş verir. Ona görə də yəqin ki, BMT-nin növbəti lideri Latın Amerikası və Karib hövzəsindən olacaq. İdeyanın bir çox tərəfdarı deyir ki, 78 illik tamamilə kişi idarəçiliyindən sonra qadın namizədin vaxtı çatıb.

CNN-nin məlumatına görə, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos da bu vəzifəyə iddialıdır. Lakin özü bunu inkar edir. Digər namizədlər arasında MAQATE-nin baş direktoru Rafael Qrossi, Meksikanın xarici işlər naziri Alisiya Barsena, Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan, BMT Baş Assambleyasının keçmiş prezidenti və Ekvador naziri Maria Fernanda Espinosa Qarses də var.

Bununla belə, daha çox xarizmatik və açıq Mottlinin adı hallanır. O, Britaniya monarxiyası ilə post-müstəmləkəçilik əlaqələrini pozması, köləliyə görə kompensasiya və iqlim dəyişikliyi məsələlərində güclü ritorika ilə diqqət çəkib. Nyu Yorkda və onun hüdudlarından kənarda bir çox diplomatlar Mottlinin inkişaf etməkdə olan ölkələrə təsir edən məsələləri təmsil edə bilən BMT lideri kimi potensialına, eləcə də özünəməxsus liderlik tərzini bu rola gətirmək qabiliyyətinə inandıqlarını söyləyib.

"Mən yaxın tarixdə Obamadan başqa heç bir lider xatırlamıram ki, beynəlxalq ictimaiyyət tərəfindən ona bu qədər diqqət yetirilsin”, - BMT diplomatlarından biri deyib./qaynarinfo.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26