Interposta.Info

Türkiyədə 12 terrorçu ələ keçirildi
 

Dünya
 11-09-2023, 15:15     213

Yunanıstan və Suriya sərhədlərində 12 nəfər ələ keçirilib ki, onlardan 10-u terror təşkilatının üzvüdür.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik sərhədlərdə keçirilən əməliyyatla bağlı sosial media hesabında açıqlama verib.
“Sərhədlərimizin təhlükəsizliyi məqsədilə qeyri-qanuni keçid etmək istəyənlərə qarşı mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkəmizdən Yunanıstana və Suriyadan ölkəmizə qeyri-qanuni yollarla keçmək istəyən 12 nəfəri saxlayıblar. Onlardan beşinin PKK/KCK/PYD-YPG, dördünün FETÖ, birinin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib”, - deyə açıqlamada bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26