Interposta.Info

MİT əməliyyat keçirdi, FETÖ-nün rəhbərlərindən biri tutuldu
 

Dünya
 31-05-2021, 13:28     438

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.

Məlumatı "TRT Haber” yayıb.

Bildirilib ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı Cinayət Məcəlləsinin silahlı terror qruplaşmasına üzv olmaq maddəsi ilə ittiham irəli sürülüb.

O, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olub. Bundan başqa, Səlahəddin Gülən həm də Fətullah Gülənin şəxsi katibi Cövdət Türkyolun qaynıdır./report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26