Interposta.Info

İŞİD-lə əlaqədə şübhəli bilinən 26, FETÖ ilə əlaqədar isə 47 nəfər tutuldu - böyük əməliyyat

Dünya
 6-12-2017, 21:16     10 217

Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbulun iki rayonunda keçirdikləri antiterror əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqdə şübhəli bilinən 26 nəfər tutulub.

“Report” DHD-ya istinadən xəbər verir ki, əməliyyat dekabrın 6-da səhər saatlarında Fatih və Başakşehir rayonlarında 6 ünvanda keçirilib.
Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarış-əməliyyat nəticəsində çoxlu sayda digital vəsaitlər və terrorçu qruplaşmaya aid materiallar aşkarlanıb.

Noyabrın əvvəlindən Türkiyə təhlükəsizlik baş idarəsi İŞİD-lə əlaqədar 283 şübhəlini tutduqlarını bildirib.

Ötən gecə Ankarada Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 65 ünvanda 87 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 47 nəfər tutulub. Onların arasında FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26