Interposta.Info

ABŞ Fətullah Güləni Türkiyəyə verməyə hazırdır — bu istiqamətdə danışıqlar gedir

Dünya
 1-03-2017, 07:22     543

ABŞ Fətullah Güləni Türkiyəyə verməyə hazırdır — bu istiqamətdə danışıqlar gedir

Fətullah Gülənin ekstradisiyası məsələsi yenidən gündəmdədir.
“Ölkə.Az” xəbər verir ki, ABŞ hökuməti FETÖ terror təşkilatının liderinin Türkiyə tərəfinə təhvil verilməsi məsələsini bir daha nəzərdə keçirtməyə hazırlaşıb. Bu barədə ABŞ hökumətindən məlumat verilib. Bildirilir ki, hazırda bu məsələ ABŞ hökumətinin gündəmindədir.

“Biz Türkiyə hökuməti ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edirik. Bir Türkiyə hökumətinin Fətullah Gülənin cinayətkar olması ilə əlaqədar təqdim etdikləri bütün məlumatları yoxlayırıq. Əgər iddia olunduğu kimi Fətullah Gülənin əməlində terror, yaxud cinayət xarakterli amillər olarsa, onun Türkiyəyə təhvil verilməsində heç bir əngəl olmayacaq”, - deyə ABŞ hökumətindən bildirilib.

Rəsmi Vaşinqtondan Fətullah Gülənin Kanadaya qaçması barədə məlumatlara isə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ötən ilin 15 iyul tarixində Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 90 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, 2 minə yaxın insan xəsarət alıb. Hərbi çevrilişə cəhdə görə 2 minə yaxın hərbçi həbs olunub. Çevrilişə cəhd Fətullah Gülənin təşkilatçılığı ilə FETÖ terror qrupunun nəzarətilə keçirilib.

1941-ci ildə Ərzurumda anadan olan Fətullah Gülənin təkcə 15 iyulda deyil, eyni zamanda Türkiyədə digər cinayətlərlə bağlılığının olması barədə məlumatlar var. Türkiyədə onun və FETÖ təşkilatı ilə əlaqəli olan yüzlərlə insan və vəzifəli məmur saxlanılıb. Türkiyə ABŞ hökumətindən Fətullah Gülənin təhvil verilməsi ilə bağlı tələb irəli sürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26