Interposta.Info

Amerikadan Fətullah Gülənlə bağlı

Dünya
 20-02-2017, 20:59     1 000

Amerikadan Fətullah Gülənlə bağlı

ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə səfir təyin etməsi gözlənilən professor Ted Mallok Türkiyənni NTV telekanalına müsahibə verib.

Lent.az xəbər verir ki, T.Mallok FETÖ lideri Fətullah Gülənin hazırkı hakimiyyət üçün adi vətəndaş olduğunu qeyd edib. Türkiyədə baş verən proseslərdən xəbərdar olduğunu deyən tanınmış siyasətçi Fətullah Gülənin Türkiyəyə verilməsinin mümkün olduğunu deyib: “ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Tramp hakimiyyətinin Fətullah Güləni təhvil verəcəyini düşünürəm. Təbii ki, məsələ ədliyyə nazirinin qarşısına da gələcək. Amma bu, çox vacib məsələdir, Türkiyə üçün kritikdir. Çevrilişə cəhd etmiş qüvvələrin arxasında dayanan şəxs bizim torpağımızdadır. Türkiyə isə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir”.

T.Mallok Türkiyə hakimiyyətinin Obamadan etdiyi tələbi Trampa da ünvanlamalı olduğunu bildirib və bir vətəndaşa görə münasibəti korlamamağın vacibliyini vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26