Interposta.Info

Ərdoğanın “Gülənlə dəyişək” təklifinə ABŞ-dan -

Dünya
 29-09-2017, 15:32     10 472

Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün bizə çox sayda müraciətlər daxil olub.

Axar.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təxminən bir ildir həbsdə olan keşiş Endryu Branson ilə Fətullah Gülənin dəyişdirilməsi haqda təklifiylə bağlı deyib.

“Biz hələ də Türkiyə hökumətinin bizə təqdim etdiyi materiallara baxmağa davam edirik. Bu mövzuda heç bir inkişaf yoxdur. Keşiş Bransonu öz evinə qaytarmaq bizim üçün çox mühüm məsələdir. Bu mövzunu ABŞ rəhbəri Donald Tramp da həmkarı Ərdoğanla BMT-nin Baş Assambleyasında təkrar gündəmə gətirib. Onun azadlığa buraxılması üçün mübarizə aparırıq, Türkiyədə ədalətsiz şəkildə həbs edilib”, - deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26