Interposta.Info

Avropada qazın qiyməti min kubmetr üçün 400 dolları ötdü
 

Dünya
 11-09-2023, 15:14     292

Avropada qazın birja qiymətləri sentyabrın 11-də səhər saatlarında 5%-dən çox artaraq min kubmetr üçün 404 dollar təşkil edib.

"İnterPosta" Enkorr-a istinadla xəbər verir ki, bunu London ICE birjasının məlumatları sübut edir.

TTF indeksi (Avropanın ən böyük mərkəzi, Hollandiyada yerləşir) üzrə oktyabr fyuçersləri hər min kubmetr üçün 410,1 dollar (+7,4%) səviyyəsində ticarət olunub.

Bakı vaxtı ilə saat 10:10-a olan məlumata görə, onların dəyəri min kubmetr üçün 403,8 dollar (+5,8%) təşkil edib.
Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır - min kubmetr üçün 381,8 dollar.

Cümə günü Avstraliyada Chevron-un mayeləşdirmə zavodlarının işçiləri tətilə çıxıblar. Həmin gün Avropada qazın birja qiymətləri günün sonuna yaxın 6% bahalaşıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26