Interposta.Info

Avropada qazın qiyməti 2000 dollara yaxınlaşdı

İqtisadiyyat
 3-03-2022, 10:16     269

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 2 000 ABŞ dollarına yaxınlaşıb.

"İnterPosta" xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1 997 ABŞ dollarıdır.

Ümumilikdə bir sutka ərzində qazın qiyməti 43% artıb.

Bundan əvvəl Avropada qazın qiyməti 2021-ci ilin dekabr ayının sonunda qeydə alınan tarixi rekordu qıraraq 2 226 ABŞ dollarına yüksəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26