Interposta.Info

Türkiyədə “Thodex”in qurucusuna 11 min ildən çox həbs verildi

Dünya
 9-09-2023, 08:38     189

Türkiyə məhkəməsi “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Özerə 11 min ildən artıq həbs və 135 milyon türk lirəsi (5 milyon dollar) məbləğində cərimə kəsib.

Cinayətkar qrup yaratmaqda və dələduzluqda ittiham olunan Özerin bacısı və qardaşı da həbs cəzası alıblar.

Qeyd edək ki, Özer 2021-ci ilin aprel ayının əvvəlində - “Thodex” platformasının müştərilər üçün bütün əməliyyatları dayandırmasının ertəsi günü Türkiyədən qaçıb. Ticarət platformasının 400 min istifadəçisinə dəyən zərərin məbləği 2-10 milyard dollar qiymətləndirilir.

Hadisə ölkənin kriptovalyuta sənayesini çökdürüb. Platforma rəsmi olaraq 2019-cu ildən fəaliyyət göstərib və kriptovalyuta ticarəti üçün lisenziyaya malik olub./Habertürk

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26