Interposta.Info

 

Bəluclar cümə namazından sonra etiraz aksiyası keçirdilər - FOTO/VİDEO

Dünya
 8-09-2023, 20:53     204

Hər həftə olduğu kimi Zahidan şəhərində bu gün cümə namazından sonra etnik bəluclar etiraz nümayişlərini davam etdiriblər.

“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər təqdim edib.

Kadrlarda sakinlərdən birinin İranın ali dini liderinə qarşı plakat hazırladığı görünür. O, Əli Xameneinin sentyabrın 11-də Tehranda keçiriləcək toplantıda iştirak etmək üçün yerli əhalini dəvət etməsinə qarşı çıxıb.

Plakatda yazılıb:
“Atanı öldürüb, kin toxumu səpdin, ata qatilini kim bağışlayar, biz nə bağışlayırıq, nə də unuduruq! Yoldaşlarımızın qanına and olsun ki, sonuna qədər dayanacağıq!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26